Samuxda həmkəndlilərinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və anası A.Nəbiyevanın daxilə keçən kəsilmiş-deşilmiş, 1960-cı il təvəllüdlü Xaliq Həsənovun isə ayaq nahiyəsindən kəsici alətlə xəsarət almaları barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci təvəllüdlü Fədail Quliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
19:45
Samuxda baş verən insident zamanı 4 nəfər bıçaqlanıb, hadisəni törədən şəxs özünə də xəsarət yetirib.
APA-nın məlumatına görə, 1960-cı il təvəllüdlü Xaliq Zaman oğlu Həsənov və 1982-ci il təvəllüdlü Fədail Vaqif oğlu Quliyev də bıçaq xəsarətləri alıblar.
İlkin məlumata görə, hadisə qonuşlar arasında şəxsi münaqişə zəminində baş verib. Hadisəni 1982-ci il təvəllüdlü Fədail Vaqif oğlu Quliyevin törətdiyi bildirilir. O, daha sonra özünə də xəsarət yetirib.
Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
18:36
Samux rayon Çobanabdallı kədində ana və oğlu bıçaq xəsarətləri alıblar.
“Report”un məlumatına görə, mübahisə zəminində bıçaq xəsarətləri alan 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və onun anası 1980-ci il təvəllüdlü A.Nəbiyeva xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs döyülərək müxtəlif bədən xəsarətləri alıb və həmin şəxs də xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət