Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Səfərbərlik Xidmətinin keçmiş rəisi pensiyasından narazıdır - 32 min manat tələb edir
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general-mayor Səxavət Salmanov təqaüdü ilə bağlı məhkəməyə şikayət edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, 2019-cu ildən təqaüdə çıxan general aldığı müavinətin az olduğunu qeyd edir. Sabiq rəis 2019-cu ildən bəri aldığı təqaüdün düzgün hesablanmadığını iddia edir. Buna görə də o, 32 min 407 manatın əskik olduğunu irəli sürərək, həmin məbləğin ona verilməsini tələb edir.
O, bununla bağlı ilk olaraq Bakı İnzibati Məhkəməsinə müraciət edib. Lakin burada Səxavət Salmanovun iddiası təmin edilməyib. Belə olduqda, keçmiş rəis birinci instansiya məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.
Məhkəmənin ilk iclası noyabrın 7-də keçiriləcək.
Qeyd edək ki, Səxavət İbrahim oğlu Salmanov 2019-cu il yanvarın 21-də Naxçıvan Muxtar Respublika Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun imzaladığı fərmanla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. 2015-ci ildə ona general-mayor ali hərbi rütbəsi verilib.
"Bakı İnzibati Məhkəməsi" teqi üzrə xəbərlər
- Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir
- Həbsdəki keçmiş generalın pensiya DAVASI - Mövlam Şixəliyev nə istəyir?
- Məhkəmə qaydasında qeydiyyatdan çıxarılma: Prosedur və müddətlər
- DSMF ilə Pantomima Teatrı arasında nə baş verir? - Məhkəmə işi
- Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?
Rəylər