Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
ABŞ Dövlət Departamenti İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) zabiti Şəhram Pursəfi haqqında məlumat verənə 20 milyon dollara qədər mükafat verəcəyini bildirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Pursəfi prezident Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona qarşı sui-qəsdin təşkilində şübhəli bilinir.
O, SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin 2020-ci ildə öldürülməsinə görə Boltonun başına 300 min dollar təklif edib.
Pursəfi ABŞ Maliyyə Nazirliyi tərəfindən xüsusilə təhlükəli terrorçular siyahısına daxil edilib və onu həbs cəzası gözləyir.
"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)" teqi üzrə xəbərlər
- İranın dalana dirənməsinin doqquz səbəbi: SEPAH-ın Tehranı təmizə çıxarmaq cəhdi
- SEPAH-ın suriyalı məhbusların edamında rolu olduğu açıqlandı
- İranda təlimdə yaralanan SEPAH zabiti öldü
- SEPAH zabitləri ABŞ-nin Beyrutdakı səfirliyinə sığınıblar
- İrandan SEPAH komandirlərinin Suriyanı təcili tərk etməsi xəbərinə reaksiya
Ən çox oxunanlar
Rəylər