Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki rayon polis şöbəsinin əməkdaşları əldə edilmiş əməliyyat məlumatı əsasında Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Mənsur Cumayevin evinə baxış keçiriblər.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, baxış nəticəsində oradan 2 ədəd “RQD-5” qumbarası, 400 qram trotil şaşka və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.