Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəmkirdə qonşusunu döyən beş uşaq anasına elektron qolbaq tətbiq olundu
Şəmkirdə 5 uşaq anası qonşusunu döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Seyfəli kəndində baş verib.
Kənd sakini Nəhayət adlı qadın eşidib ki, qonşu qadın onun öz qaynı ilə münasibətdə olması barədə məlumatlar yayıb. Məsələni araşdırmaq üçün Nəhayət qonşuya gəlib İlahini çağırıb və "mənim haqqımda niyə belə məlumat yaymısan?" - deyə soruşub. İlahi həmin məlumatı yaydığını təsdiqləyib.
Həyətdə qadınlar arasında mübahisə başlayıb, Nəhayət əlindəki ağac parçası ilə İlahiyə baş nahiyəsindən zərbələr endirib. Qonşuların səyi nəticəsində dava sakitləşdirilib və hadisə yerinə polis əməkdaşları dəvət olunublar.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Nəhayət 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron qolbaq tətbiq edilib.
Aqil Vəlili
"Şəmkir rayonu" teqi üzrə xəbərlər
- Şəmkirdə 29 yaşlı oğlanı elektrik cərəyanı vurub
- Şəmkirdə kişi qızının toyundan sonra arvadının burnunu sındırdı
- Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ÜNVANLAR
- Şəmkir Uşaq Reabilitasiya Mərkəzi: Bərpa prosesi necə aparılır?
- Bakıda sərxoş kişi intihara cəhd etdi - HƏBS OLUNDU