Şəmkirdə bıçaqlanma olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi xəstəxanasında qeydə alınıb.
Tibb ocağının reanimasiya şöbəsinin tibb bacısı Sadəgül İbadullayeva mübahisə zəminində xəstəxananın qanköçürmə şöbəsinin həkimi, 1959-cu il təvəllüdlü Nurəddin Məmmədovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.