İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb.
Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Mahboubalı Taghavının üzərində şəxsi yoxlama aparılıb.
Bu zaman ondan 1 ədəd bükümdə, xalis çəkisi 23,108 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 3,113 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.
Bundan başqa, M.Taghavının hərəkətləri şübhə yaratdığı üçün onun üzərində şəxsi yoxlama davam etdirilib. Nəticədə, İran vətəndaşının daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə, ümumi xalis çəkisi 118,909 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
E.Ə.
www.oxu.az