Təmas xətində son altı ayda baş verən gərginliklərdən narahatıq. Bizim Azərbaycana, eyni zamanda Ermənistana mesajımız odur ki, gərginlik dayandırılsın və bir masa arxasına gəlsinlər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib.
“Minsk qrupu çərçivəsindəki prosesi dəstəkləməyinizi istəyirik”, - deyə Viktoriya Nuland vurğulayıb.
O, həmçinin bildirib ki, Ermənistan humanitar jest olaraq girovları qaytarmalıdır:
“Sabah bunu Ermənistanda da deyəcəyəm”.
V.Nuland Azərbaycan prezidenti ilə görüşdə Dağlıq Qarabağla problemi ilə də bağlı müzakirələr apardıqlarını da deyib.