ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Bakıya gəlib.
Oxu.Az ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Nulandı Heydər Əliyev adına hava limanında səfir Robert Sekuta qarşılayıb.
Səfirliyin məlumatına əsasən, Viktoriya Nuland yüksək vəzifəli hökumət rəsmiləri ilə ticarət və investisiya, enerji şaxələndirilməsi, təhlükəsizlik və terrorla mübarizə, demokratiya və vətəndaş cəmiyyəti, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədləri ilə görüşmək, eləcə də ədalətli və uzunmüddətli Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərin müzakirəsi üçün Bakıdadır.
O, həmçinin vətəndaş cəmiyyəti qrupları nümayəndələri ilə görüşəcək.
18:21
ABŞ Dövlət Departamentinin saytında bildirilib ki, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland fevralın 16-da Azərbaycana səfər edəcək. O, ticarət və investisiyalar sahəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, enerji mənbələrinin diversifikasiyası, təhlükəsizlik və terrorizmlə mübarizə, demokratiya və vətəndaş cəmiyyəti, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcək.
Oxu.Az xəbər verir ki, Nuland həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.
Nuland Cənubi Qafqaza səfəri çərçivəsində fevralın 17-də Gürcüstan, fevralın 18-də isə Ermənistana səfər edəcək.
17:04
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana gəlir.
Oxu.Az xəbər verir ki, ABŞ rəsmisi səfər müddətində ölkə rəhbərliyi ilə danışıqlar aparacaq.
Danışıqlarda Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti, əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional problemlər və digər məsələlərin müzakirə olunacağı gözlənilir.
Nulandın səfər proqramının detalları hələlik açıqlanmır.