Dövlət Gömrük Komitəsinin əməkdaşları azərbaycanlı qadının İrandan ölkəyə narkotik vasitə gətirməsinin qarşısını alıblar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Əzizə Məmmədova gömrük nəzarətindən keçərkən onun üzərində yoxlama aparılıb.
Baxış zamanı Ə.Məmmədovanın üzərində 1 ədəd bükümdə, xalis çəkisi 146,30 qram olan narkotik vasitə - həşiş aşkar olunub.