Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sərxoş halda qayınanasını və qaynını söydü: Həbs edildi
Suraxanı rayonunda qayınanasını və qaynını yüksək səslə söyən kişi saxlanılıb.
"Qafqazinfo"nun məlumatına görə, 37 yaşlı Z.Əkbərov Bülbülə qəsəbəsində yaşadığı evin həyətində həyat yoldaşı ilə mübahisə edib.
Mübahisə zamanı qonşuların və yoldan keçənlərin eşidə biləcəyi şəkildə qayınanasını və qaynını söyüb.
Əraziyə gələn polis əməkdaşları Z.Əkbərovu bölməyə aparıblar. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib.
İnzibati xəta törədən şəxs məhkəmədə hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu, əməlindən peşmanlığını bildirib.
Hakimin qərarı ilə Z.Əkbərova 10 sutka həbs cəzası verilib.
"Həbs qətimkan tədbiri" teqi üzrə xəbərlər
- Azərbaycanda məhkəmə sədrinə böhtan atan şəxs həbs edildi
- Motosikleti "tək təkər" idarə edən sürücü HƏBS EDİLDİ
- Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: "Zəng edib dedi ki, 30 min manat istə"
- Cənubi Koreya məhkəməsi keçmiş prezidentin həbsinə order verdi
- Məmməd Alpayın həbs müddəti uzadıldı