Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sevgilisini öldürən şəxs iki il ərzində onun 7 min pulunu "YEYİBMİŞ" - Hökm oxundu
Qətl törətməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Könül Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, sevgilisi 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qətlinə görə həbs edilmiş şəxs Cinayət Məcəlləsinin 120.2.5, 120.2.9 və 178.2.4-cü (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsi öldürmə və dələduzluq) maddələri ilə təqsirləndirilib.
Məlum olub ki, Könüllə Bahar 2008-ci ildən sevgi münasibətində olublar. Daha sonra Könül dini nikahda yaşadığı qadını qətlə yetirərək, evini və pensiya kartını ələ keçirmək qərarına gəlib.
O, 2022-ci ildə qadına məxsus evdə onu boğaraq öldürüb və meyitini həyətdə basdıraraq gizlədib. Könül Bahara məxsus evi 10 gün ərzində sataraq 32 min manatı ələ keçirib. Həmçinin iki il müddətində onu itkin düşmüş şəxs kimi qələmə verərək, pensiya kartından 7 min manata yaxın pul çıxararaq mənimsəyib.
2024-cü ildə Könül Baxşəliyev Naxçıvandan Türkiyəyə keçmək istəyərkən saxlanılıb və qətlin üstü açılıb. Qadının meyiti basdırıldığı yerdən çıxarılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Könül Baxşəliyevə 19 il həbs cəzası verilib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlara XƏBƏRDARLIQ
- Keçmiş hakim azadlığa buraxıldı, 214 min manatlıq ziyanı ÖDƏMƏDİ - YENİDƏN məhkəmə qarşısına çıxacaq
- Şəhidin adından istifadə edib pul yığan şəxs SAXLANILDI
- Polisdən maliyyə piramidalarına qarşı ƏMƏLİYYAT: 500 min manatlıq dələduzluq sistemi ifşa edildi
- Girov götürüldü, kibercinayətkarlığa məcbur edildi - İrandan Azərbaycana ilginc qaçış