Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 680 ədəd pirotexniki vasitə və 1820 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az