Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda ana övladını sosial şəbəkədə satmaq istədi: DİN-dən REAKSİYA
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən məsələ nəzarətə götürülməklə digər aidiyyəti dövlət qurumları ilə birgə bütün zəruri tədbirlər görülüb. Azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-dən məlumat verilib.
Bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır.
Azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.
Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşan ana ilə bağlı tədbir görülüb.
Oxu.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.
"Uşağın hüquqlarının müdafiəsi məqsədilə dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.
Bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq", - deyə komitənin məlumatında bildirilib.
Rəylər