Dünən axşam saatlarında Sumqayıt şəhərinin 10-cu mkr ərazisində iki radikal dini qruplaşma üzvləri arasında silahlı unsident baş verib.
Oxu.Az Vesti.Az-a isitnadən xəbər verir ki, Sumqayıt şəhər Polis idarəsindən verilən məlulamata görə, hadisə nəticəsində xəsarət alan 3 şəxs bıçaq yaraları ilə Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirib.
Daxil olan məlumata əsasən, “Soltan” marketin yaxınlığında yerləşən cay evinin birində iki dindarın arasında dini ideologiya üstündə mübahisə baş verib. Sonradan mübahisə silahlı insidentə çevrilib və bir neçə dəfə atəş səsi eşidilib. Dindarların mübahisə zamanı bıçaq isitfadə etdikləri də bildirilir.
Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya bıçaq yaraları ilə yerləşdirilib.
Məlumata görə, yaralılar Sumqayıt şəhər sakinləri1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib, silahlı insidentin bir neçə iştirakçısı isə saxlanılıb. Silah hələ götürülməyib.
Qeyd edək ki, insidentin iştirakçıları özlərinin radikal şiə və vəhhabi cərəyanlarından olduqlarını bəyan ediblər.