Dünya şöhrətli Zeynəb Xanlarovanın qardaşı qızının səhhəti yaxşı deyil.
Oxu.Az xəbər verir ki, əməkdar artist Mehriban Xanlarovanın səsi tutulub.
Xəbəri dəqiqləşdirmək üçün Mehriban Xanlarova ilə əlaqə saxlamağa çalışsaq da, ailə üzvləri səsi tutulması ilə əlaqədar olaraq telefonla danışa bilməyəcəyini söylədi.
Əldə etdiyimiz məlumata görə, aktrisanın səs tellərində problem yaranıb. Hal-hazırda həkim nəzarətindədir.
Aytən Sadıqzadə
www.oxu.az