Sumqayıtda baş vermiş qətl hadisəsinin təfərrüatı məlub olub.
"Evə gələndə içkili vəziyyətdə idi, getmək istəyəndə uşaqlar deyib ki, ata, bu halda getmə, küçədə kiminləsə dalaşarsan. Övladları onun arxasınca gediblər ki, gətirsinlər. Görüblər ki, mağazanın yanında pivə içir. Ata uşaqları qovub, onlar da evə qayıdıblar. Səhər isə polis gəlib ki, atalarını döyüblər", - deyə mərhumun qayınanası Arifə Muradova bildirib.
Qonşularının sözlərinə görə isə, onlar dindar ailə olublar. Aslan Bədirov əvvəllər namaz da qılıbmış. Mehriban, lakin imkanları aşağı ailə idilər. Ailədə 5 uşaq olublar. Oğlanlarından biri isə təzəlikcə İdman Akademiyasına qəbul olub.
Ətraflı Baku TV-nin süjetində:
Sumqayıt şəhərində 44 yaşlı Aslan Bədirovun ölümü ilə bağlı yetkinlik yaşına çatmayan iki nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, iyunun 21-də axşam saatlarında Sumqayıt şəhərində A.Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi, daha sonra orada ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən,yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda iki qardaş atalarını döyərək qətlə yetirməkdə şübhəli bilinir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakinləri, 2008-ci il təvəllüdlü Zeyd Aslan oğlu Bədirov və onun qardaşı, 2009-cu il təvəllüdlü Saleh Aslan oğlu Bədirov ailə münaqişəsi zəminində ataları - 1981-ci il təvəllüdlü Aslan Akif oğlu Bədirovu döyərək qətlə yetiriblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.