Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sumqayıtda məşq zamanı ölən uşaqla bağlı xəstəxanadan AÇIQLAMA - YENİLƏNİB + VİDEO
“2016-cı il təvəllüdlü Bakarov Fərid Revaz oğlu 29 aprel 2023-cü il tarixində saat 18:50-də təcili tibbi yardım avtomobili ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib”.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən Oxu.Az-a verilən xəbərə görə, daxil olarkən vəziyyəti həddən artıq ağır qiymətləndirilib.
Xəstə Təcili yardım şöbəsinin qırmızı zonasından Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb. Xəstəyə növbətçi cərrah, növbətçi travmatoloq tərəfindən baxılıb:
“Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük ölçülü, kürək nahiyəsində hər iki aşağı ətraflarda müxtəlif ölçülü qançırlar qeyd olunub.
Xəstəyə qanın ümumi müayinəsi, koaquloqramma və s. təyin edilib. Daxili orqanların USM müayinəsi olunub.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə saat 19:50 radələrində bioloji ölüm baş verib. Hadisə barədə polisə məlumat verilib. Meyit təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə göndərilib.
Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub”.
15:08
Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 1994-cü il təvəllüdlü Mehman Xəlilovun keçdiyi məşq zamanı ağır xəsarət alaraq həyatını itirən 2016-cı il təvəllüdlü Fərid Bakarovun ölüm səbəbi məlum olub.
Oxu.Az saytının əldə etdiyi məlumata görə, 7 yaşlı uşaq kəllə-beyin travmasından dünyasını dəyişib.
Xatırladaq ki, ilkin məlumatlarda azyaşlının boynunun sınması nəticəsində öldüyü deyilirdi. Hadisədən Mehman Xəlilov uşağı öz qucağında piyada evə gətirib. F.Bakarovun anası taksi çağırdıqdan sonra o, Sumqayıt Şəhər Uşaq Xəstəxanasına aparılıb. Amma orada uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faiq Tahirov, Könül Cəfərli
Rəylər