Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sumqayıtda qadına kömək adı ilə soyğunçuluq edildi
Sumqayıtda qadına kömək etmək adı ilə yaxınlaşıb soyğunçuluq edən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərində yanvarın 7-si saat 18 radələrində naməlum şəxsin şəhər sakini olan 63 yaşlı qadına kömək etmək adı altında yaxınlaşaraq ona zor tətbiq edib 30 manat pulunu və mobil telefonunu əlindən alması barədə polisə məlumat daxil olub. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş 38 yaşlı Abbas Həsənov saxlanılıb. Araşdırma zamanı onun daha bir nəfərə qarşı dələduzluq edərək mobil telefonunu əlindən alması da müəyyən olunub.
Sumqayıt polisinin həyata keçirdiyi daha bir əməliyyat zamanı evlərin birindən 1200 manat dəyərində təmir alətləri, inşaat materialları, eləcə də şəhər ərazisində yerləşən ticarət mərkəzlərinin birində qadının gödəkcəsindən 7 320 manat oğurlayan əvvəllər məhkum olunmuş şəxslər - Əvəz Cəfərov və Sürəyya Balayeva da müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam aparılır.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi - 186 minlik cinayət işi
- Talassemiyalı uşaqlarla bağlı məhkəmə prosesinə həkimlərin çağırılması ilə bağlı vəsatət verilib
- Sözünü demək cəsarət, susmaq tərbiyədirsə, tərbiyəsiz kimdir?
- Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub, 15 minə yaxın pulunu ələ keçirən şəxsə AĞIR CƏZA
- Nazirliyin adından dələduzluq: İnansın deyə pulu qurumun binasının önündə aldı