Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Dörd gündən çoxdur istilik verilmir" - Xətaidən ŞİKAYƏT
Bakı şəhəri, Xətai rayonunun sakinləri istilik verilişində yaranan fasilədən şikayətçidirlər.
Oxu.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən ərazidə 4 gündən çoxdur istilik verilmir.
"Hər il eyni şey yaşanır. Dekabr ayında da istilik verilişi dayandırılmışdı. Artıq bu ay da 4 gündən çoxdur istilik yoxdur. Göstərilməyən xidmətə görə, ödəniş tələb olunur. İstiliyin qiyməti qaldırılıb, amma "Azəristiliktəchizat"ın xidmətinin keyfiyyəti daha da pisləşib", - deyə sakinlər durumdan gileyləniblər.
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən (ASC) sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə xətdə problem yaşanıb:
"Ərazidə xətdəki problemin aradan qaldırılması üçün təmir işləri görülür. Ən qısa vaxtda problem həll ediləcək".
Aygün Mirakif
"İstilik problemi" teqi üzrə xəbərlər
- Dərslər niyə bumbuz otaqlarda keçirilir? - Valideynlər etiraza qalxdılar
- Yaşayış binasında istilik təchizatı DAYANDIRILIB - Əhalinin külli miqdarda BORCU var
- Məktəbin istilik PROBLEMİ: Şagirdlərin davamiyyəti AŞAĞIDIR
- Kürdəmirdə valideynlər 100-dən çox şagirdi məktəbdən çıxardılar?
- "Şagirdlər soyuq siniflərdə oturublar" - Sulutəpədə məktəbin işığı niyə kəsilib?