Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Kreml Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini şərh etdi](https://images.oxu.az/2025/01/09/732rrtHlgv4VfRmQxkh58Vp2QTIX5M1v0LzLzPv8:1200.webp)
Kreml Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini şərh etdi
"Ermənistan eyni zamanda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilməz".
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Nəzəri olaraq düşünsək, iki fərqli təşkilatın üzvü olmaq sadəcə mümkün deyil. Burada bir gömrük məkanı var, malların və xidmətlərin, insanların və kapitalın sərbəst hərəkəti üçün bir zona var, orada isə başqa normalardır", - deyə Kreml nümayəndəsi bildirib.
Peskov əlavə edib ki, Ermənistanın Aİ-yə daxil olmaq təşəbbüsünə Brüsselin reaksiyasını gözləmək lazımdır.
"Bilirik ki, üzvlük proseslərini Avropa İttifaqı başladır. Burada Aİ-nin bu məsələyə münasibətinin nə olduğunu anlamaq lazımdır", - deyə Kreml nümayəndəsi qeyd edib.
![](https://img.youtube.com/vi/I_GKhMaHjuY/sddefault.jpg)
"Ermənistan" teqi üzrə xəbərlər
- Yunanıstandan Ermənistana S-300 zenit-raket komplekslərinin verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib
- İcma: "İrəvanın Təpəbaşı məscidində içki istehlak edilməsi bütün müsəlman aləminə hörmətsizlikdir"
- İpoteka kreditləri ilə mənzil alanların sayı çoxalıb: Evlərin qiyməti artacaq?
- Rusiyada qiymətli daşların qanunsuz dövriyyəsi ilə məşğul olan ermənilər saxlanılıblar