Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sumqayıtda tanışını döyərək qətlə yetirən şəxsə hökm oxunub
Sumqayıtda tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Habil Qonşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Habil Qonşəliyev 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə ötən il fevralın 4-də Sumqayıtda baş verib. Habil Qonşəliyev və Rüfət Abdullayev arasında mübahisə baş verib. Mübahisə nəticəsində Habil Qonşəliyev yumruq və təpiklə Rüfət Abdullayevə xəsarətlər yetirib. Rüfət Abdullayev aldığı xəsarətlərdən ölüb.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 235.4.3-cü (həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Bacısını yeddinci dəfə ərə getməsin deyə öldürdü - 17 yaşlı Rasimin törətdiyi dəhşətli QƏTL
- Türkiyədə ailəsi tərəfindən öldürülən Narin Güranın son arzusu məlum oldu: Qardaşından nə istəyib?
- Partiya fəalını öldürərək meyitini təhqir edənə ağır cəza istənildi
- Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu
- Yevlaxda 32 yaşlı kişini güllələyən şəxs ANAMA-nın əməkdaşı olub