Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sürücülük hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb
Sürücülük hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)
məlumat verilib.
Bildirilib ki, "Mercedes" markalı avtomobilin sürücüsü Ağaseyid Ağayev BDYPİ-nin YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı taksi fəaliyyəti ilə məşğul olduğunu bildirən sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.
Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan A.Ağayev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
- Bakıda narkoşəbəkənin əsas üzvləri ƏLƏ KEÇDİLƏR - Əməliyyatın GÖRÜNTÜLƏRİ
- Ötən ay 20 milyon manata yaxın narkotik dövriyyədən çıxarılıb
- Azyaşlı əlil uşağı işgəncə ilə qətlə yetirənə ağır cəza istənildi