Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Pakistanın baş naziri Bakıda Zəfər parkını ziyarət edib
Azərbaycan Respublikasında dövlət səfərində olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Bakıda Zəfər parkını ziyarət edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, orada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistanın baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
"Şahbaz Şərif" teqi üzrə xəbərlər
- Beynəlxalq əməkdaşlığın mükəmməl nümunəsi: Pakistan-Azərbaycan dostluğu nə vəd edir?
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Pakistanın baş naziri Azərbaycana gələcək - Tarix açıqlandı
- Ərdoğan Pakistanın baş nazirinə "Togg" avtomobili hədiyyə etdi
- Pakistanın baş naziri Azərbaycanın İslamabaddakı səfirliyində olub