Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakı Təşəbbüs Qrupunun rəhbərliyi ilə xarici media nümayəndələri arasında görüş olub
Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə Bakı Təşəbbüs Qrupunun (BTQ) rəhbərliyi arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, görüşdə iştirakçılara təşkilatın fəaliyyəti, məqsəd və istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.
Eyni zamanda, son iki il ərzində təşkilatın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr barədə videoçarx nümayiş olunub.
BTQ-nin rəhbəri Abbas Abbasov son vaxtlar təşkilatın saytına və sosial şəbəkə profillərinə kütləvi kiberhücumlar olduğunu, xarici müdaxilələrin həddindən artıq artdığını bildirib. Bu xüsusda, xarici müdaxilələri əks etdirən və real faktlar əsasında hazırlanmış video jurnalistlərə təqdim edilib.
Görüşdə, həmçinin Fransa rəsmilərinin və bu ölkənin media qurumlarının Azərbaycan və BTQ əleyhinə məqsədli şəkildə səsləndirdiyi qərəzli və qeyri-obyektiv tezislərə cavablar verilib. A.Abbasov xarici jurnalistlərin səfərinin təşkilinin məqsədlərindən birinin bu qərəzli ittihamların həqiqəti əks etdirmədiyini əyani sübuta yetirmək olduğunu bildirib.
Qeyd edək ki, 12 xarici media nümayəndəsi səfər çərçivəsində çoxsaylı görüşlər keçirəcək və kommunikasiya sahəsində xüsusi təlimlərə cəlb ediləcək.
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- BTQ-dən müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək fləşmobu ilə bağlı paylaşım
- Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilib
- Daniel Dübua: "Fransanın imperialist rejimi müstəmləkə əraziləri azad olunana qədər davam edəcək"
- Fransa insanlığa qarşı cinayətlərə görə təzminat ödəməlidir - Beynəlxalq konfransda ÇAĞIRIŞ
- Eugene Tetuanu: "Fransa diktaturasına dur deyək!"