Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Taksi sürücüsü sərnişini bıçaqladı - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nicat Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N.Abdullayev bir il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu il mayın 29-da Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Taksi fəaliyyəti ilə məşğul olan N.Abdullayev qəsəbə ərazisində olarkən Orxan Rzayev onun maşınına əyləşib və sürməyi əmr edib. Bir qədər getdikdən sonra N.Abdullayev sərnişindən hara gedəcəyini soruşub.
Bu zaman O.Rzayev səbəbsiz halda maşının ön hissəsinə yumruq vurmağa başlayıb. N.Abdullayev maşını saxlayıb. O.Rzayev onu yerə düşürərək cibindən bıçaq çıxarıb və sürücünün qıçına bir zərbə vurub. Daha sonra bıçağı yerə atıb. Yerdən bıçağı götürən N.Abdullayev O.Rzayevin qarın nahiyəsinə zərbə endirib.
Daha sonra N.Abdullayev onu öz maşınına oturdaraq xəstəxanaya çatdırıb. Həkimlər O.Rzayevin həyatını xilas edə biliblər.
Etibar Məmmədov
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT