Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tanışı ilə birgə qohumunu şantaj edən şəxsə hökm oxundu
Ağstafa Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Dəmir Qələndərov və onun tanışı Əmir Məlikovun (hər ikisinin ad və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onlara şərti cəza verilib.
İttihama görə, Dəmir Qələndərov və onun tanışı Əmir Məlikovun qohumu, zərərçəkmiş, 2009-cü il təvəllüdlü S.S. ilə sevgili olub. Onlar zərərçəkmişə "Telegram"da fotoşəkillərinin olmasını, həmin fotoşəkillərin altında onun mobil nömrəsi, yaşadığı yer və sair sözlər yazılmasını bildirib. Dəmir həmin şəkillərin silinməsi üçün qızdan 200 manat pul tələb edib. S.S. də ona 100 manat pul verib.
Əmir də eyni yolla qohumu olan qızdan 180 manat pulu hədə-qorxu yolu ilə ələ keçirib.
Daha sonra S.S.-nin anası hüquq-mühafizə orqanlarına müraciət edib və Dəmirlə Əmir saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
"Hədə-qorxu ilə tələb etmə" teqi üzrə xəbərlər
- Şöbə müdiri, restoran və şirkət rəhbəri... - Habil Vəliyevin kimləri şantaj etdiyi məlum oldu
- Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi
- Saatlıda vəzifəli şəxsləri şantaj edən reket jurnalistə cəza verildi
- Görüşdüyü 50 yaşlı qadını öldürən məktəbliyə 10 il cəza verildi
- Sabiq deputat Hüseyn Abdullayevə HÖKM OXUNDU