Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Təranə Səmədovanın işində - MÜƏMMA
Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
T.Səmədovanın vəkili Janna Bağırova Oxu.Az-a açıqlamasında deyib ki, anket məlumatlar dəqiqləşdirilib:
“Bu zaman məlum oldu ki, cinayət işi materiallarında zərərçəkmiş qadınların ikisinin də imzası eynidir. Bunu aydınlaşdırmaq üçün məhkəmə iclası dekabrın 27-dək təxirə salındı”.
Qeyd edək ki, T.Səmədova da barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi.
Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.
O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Etibar Məmmədov
Rəylər