Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tiktoker "Vaqa"nın həbs müddəti uzadıldı
Nərimanov Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Oxu,Az-ın məlumatına görə, prosesdə vəsatət təmin edilib və məhkəmənin qərarı ilə V.Zeynalzadənin həbs müddəti 1 ay uzadılıb.
İttihama görə, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb. O, polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Aqil Vəlili
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- "Bu gün satılan narkotiklər insanı zombiyə çevirir" - Nail Kəmərli nələrlə üzləşdiyindən danışdı
- Hamburq limanında 24 milyon avroluq kokain ələ keçirildi
- İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs HƏBS EDİLDİ
- Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb
- Astarada 207 kiloqramdan artıq narkotik vasitə aşkar edildi