"Ukrayna ilə danışıqların ikinci raundu olacaq, memorandum üzərində iş Moskva tərəfindən artıq qabaqcıl mərhələdədir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Ukrayna Rusiya ilə danışıqların ikinci mərhələsinin olacağını təsdiqləyib.
Sergey Lavrov, həmçinin, Ukrayna ilə Vatikanda görüşü qeyri-real adlandırıb.