Azərbaycanın Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinə hücum edən 3 nəfərdən biri qadın olub.
Oxu.Az xəbər verir ki, Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, İman Əkbərova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edənlər operator Mehman Eyvazovu bıçaqla hədələyərək, kassanı açdırıblar. Sonra onu əl-qolunu bağlayaraq, kassadakı 1700 manatı oğurlayıblar.
12:58
Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib.
Oxu.Az xəbər verir ki, Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.
Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.
E.Ə.
www.oxu.az