Ağcabədi sakini Türkiyə vətəndaşını rayona apararaq, döyüb və pullarını əlindən alıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən Türkiyə vətəndaşı Yaqub Özdilək özü məlumat verib.
O şikayətində bildirib ki, Bakı aeroportunda Ağcabədi sakini olan Elməddin adlı şəxslə tanış olub. Sonra həmin şəxs onu Ağcabədiyə qonaq aparıb. Burada isə Türkiyə vətəndaşını döyərək, 8 min Türk lirəsi, 2500 ABŞ dolları və 3000 manatını alıb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
E.Ə.
www.oxu.az