Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar saxlanılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Axşam” qəzetinin verdiyi məlumata görə, qadınları cinsi istismara məruz qoyanlara qarşı əməliyyat Qaziantepdə keçirilib.
Saxlanılanlar Samirə K. Kamilə A və Turanə İ. adlı qadınlardır.
Yoxlama zamanı onlardan birinin üzərində narkotik maddə də aşkar edilib. 67 narkotik tərkibli həb Samirə.K-nin cinsi orqanında gizlədilib.
Saxlanılan qadınlar barəsində bir neçə maddə ilə ittiham irəli sürülüb.