Ukrayna polisi adam öldürməkdə şübhəli bilinən 47 yaşlı Azərbaycan vətəndaşı, Əlili Bəhruz Şamil oğlunu axtarır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ukrayna DİN-nin Odessa vilayəti üzrə Baş idarəsinin mətbuat xidməti yayıb.
Bildirilir ki, Bəhruz Əlili Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsi üzrə (qəsdən adamöldürmə) cinayət törətməkdə şübhəli bilinir.
