Müstəqil Fələstin dövlətinin yaradılması layihəsi BMT-nin Təhlükəsizlik Şurasına baxılması üçün daxil olub, Agence France-Presse məlumat verib.
BMT yanında Fələstinin daimi müşahidəçisi Riyad Mansur bildirib ki, Şuraya sənəd İordaniyadan daxil olub. Qətnamə layihəsində Fələstin dövlətinin yaradılması ilə bağlı bütün məsələlərin həll olunmasına 12 ay ayrılıb. Sənədə əsasən İsrail qoşunlarının Fələstin ərazisindən çıxarılması 2017-ci ilin sonuna qədər başa çatmalıdır, Oxu.Az Gazeta.ru-ya istinadən bildirir.
Bir həftə əvvəl Fransa parlamenti Fələstin dövlətinin tanınmasının lehinə səs verib.