Rusiyanın tanınmış dj-i Diana Melison 2015-ci ilin fevral ayının 1-də yenidən Bakıda çıxış edəcək.
Oxu.Az xəbər verir ki, Aqil Məmiyev və Sənan Kazımovun təşkilatçılığı ilə baş tutacaq gecə “OTTO” Club-da Diana Melisonun canlı şousu ilə yadda qalacaq.
O, bu dəfə sürprizləri ilə izləyicilərini təəccübləndirəcək.
Nəzərinizə çatdıraq ki, əcnəbi ulduzla bir arada yerli dj-lərimiz də çıxış edəcəklər. Biletlər artıq satışdadır.
Aytən Sadıqzadə
www.oxu.az