Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vətəndaşlara eyni mənzilləri satan MTK rəhbərləri məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində İsa Məmmədov və Çingiz Məmmədovun CM 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, 2017-ci ilin iyun-avqust aylarında aparılan araşdırma zamanı cəmiyyətin “İdeal-V” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Çingiz Məmmədovun, cəmiyyətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun qanunsuz əməlləri ifşa edilib.
Məlum olub ki, onlar qabaqcadan əlbir olub, qulluq mövqeyindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 206 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər.
Vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar bundan yayınıblar. Buna görə barələrində avqustun 17-də məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Zərərçəkmişlər bildiriblər ki, “İdeal-İ İnşaat” MTK 60 mənzili 90 nəfərə satıb. Onların sözlərinə görə, inşa olunan binadan ev almaq istəyən vətəndaşlar 180-250 min manat arasında ödəniş edib.
Binanın inşasına 2007-ci ildə başlanılıb və 2012-ci ildə tikinti yekunlaşıb. Ancaq tikinti yekunlaşsa da, mənzillər öz sahiblərinə təhvil verilməyib. Zərərçəkmişlərin əksəriyyəti pulu birbaşa şirkət rəhbərliyinə ödəyib.
Keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 11 il cəza təyin edilməsini xahiş edib.
Növbəti iclas gələn həftə keçiriləcək.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
Rəylər