Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Vətəndaşları işə düzəltmək adı ilə aldadan BMİ-nin əməkdaşına hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Mobil Süleymanovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, DİN Baş Mühafizə İdarəsinin (BMİ) sabiq əməkdaşı olan Mobil Süleymanov Bakı ş. sakinləri Qəşəm Əliyev və Almaz Zeynalovanın etibarını qazanaraq, onlardan ümumilikdə 14 min manat pul alaraq, onların oğullarını BMİ-yə işə düzəldəcəyinə söz verib.
Lakin sonra o, bu vədini yerinə yetirməyib və zərərçəkənlərdən uzun müddət gizlənib. Sonuncular barəsində polisə şikayət edəndən sonra, o, şübhəli şəxs qismində saxlanılıb və barəsində cinayət işi başlanıb. İstintaqın gedişatında M.Süleymanov mənimsədiyi məbləğdən 8500 manat pulu zərərçəkənlərə ödəyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət