Bakının Xəzər rayonunda Bələdiyyə teatrının direktoru, Azərbaycanın xalq artisti Amaliya Pənahovanın evinə iki dəfə qarətçilər girib.
Oxu.Az-ın məlumatına görə, bu haqda vesti.az-a Xəzər Rayon Polis İdarəsindən xəbər veriblər.
Amaliya Pənahova polisə müraciət edərək bildirib ki, Mərdəkan qəsəbəsi ərazisində yerləşən bağ evində siqnalizasiya işə düşüb. İkinci mərtəbədə qapının açıldığı aşkar edilib.
Xalq artistinin sözlərinə görə evdən heç nə itməyib. Amma 2013-cü ilin sentyabr ayında bu evdən 30 000 manat, zinət əşyaları və geyimlər oğurlanıb. Keçən qarət zamanı cinayətkarlar pəncərədə olan barmaqlığı sındıraraq içəri daxil olublar.
Xəzər RPİ-dən qeyd ediblər ki, birinci qarət haqqında A.Pənahova polisə heç bir məlumat verməyib.
Hal-hazırda Xəzər rayon RPİ cinayət hadisəsi baş vermiş məkandadırlar.
Xalq artisti məsələ ilə əlaqədar danışmaq istəmir.