Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xəstəxananın direktoru əmək hüquqlarını pozdu, cərimə edildi
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyevaya inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-ci (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə, vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Direktor isə protokoldan şikayət verib.
İş Zaqatala Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə araşdırılacaq.
"İşçilərin əmək hüquqlarının pozulması" teqi üzrə xəbərlər
- Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib
- İşçiyə verilən töhmətin əsassız olduğu necə sübut edilə bilər?
- Rusiyada rəqəmsallaşmanın ilk qurbanları: Dövlət qulluqçularının kütləvi ixtisarına qərar verildi
- Xocalıda işçiləri müqaviləsiz işlədən şirkət və rəhbəri cərimələnib
- "Cinema Plaza" 20 min manat cərimələnib
Rəylər