Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mask: "ABŞ-yə hələ də Baydenin rəhbərlik etdiyini daim unuduram"
ABŞ-li milyarder İlon Mask prezident yarışından çıxdığını bildirən Co Baydenin hələ də ölkəyə rəhbərlik etdiyini daim unudur.
Oxu.Az-ın məlumatına görə, o bu barədə özünün "X" sosial şəbəkə hesabında bildirib.
"Mən daim unuduram ki, texniki olaraq Bayden hələ də ölkəyə rəhbərlik edir", - deyə sahibkar yazıb.
Mask Respublikaçılar Partiyasından prezident seçkisində iştirak edən keçmiş ABŞ lideri Donald Trampı dəstəkləyir və müntəzəm olaraq Ağ Evin hazırkı sahibinin fəaliyyətini tənqid edir. Əvvəllər Mask ABŞ-ni, ümumiyyətlə, heç kimin idarə etmədiyini bildirib, həmçinin Baydeni qeyri-qanuni miqrasiya problemini həll edə bilməməkdə günahlandırıb.
Qeyd edək ki, ölkədə prezident seçkisi noyabrın 5-də keçiriləcək. Güman edilirdi ki, Demokratlar Partiyasını bu seçkidə Co Bayden təmsil edəcək. Lakin onun iyun ayında Trampla keçirilən debatlardakı uğursuz çıxışından sonra o, namizədliyini geri götürüb və ABŞ vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib. Harrisi Çikaqoda keçirilən Demokratlar Partiyasının qurultayının nümayəndələri rəsmi olaraq ABŞ prezidentliyinə namizəd kimi təsdiqləyiblər.
"Co Bayden" teqi üzrə xəbərlər
- Ağ Ev administrasiyasının keçmiş işçiləri Baydenlə bağlı ifadə verəcəklər
- Xameneyinin müşaviri: "Zəngəzur dəhlizinin açılmasını əngəlləyən məhz İran oldu"
- Taleyin ironiyası: Tramp lağa qoyduğu Baydenin aqibətini yaşadı
- Avtomatik qələm qalmaqalı böyüyür: Bayden danışdı, Tramp araşdırma tələb etdi
- Tramp 2020-ci ildən bəri ABŞ-də seçkidə baş verən ən böyük qalmaqaldan danışdı