Xırdalan sakininə qarşı külli miqdarda dələduzluq edilib.
Oxu.Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Oqtay adlı şəxs Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Elmar Səmədovun etibarından sui-istifadə edərək ondan 100 min manat alaraq qaytarmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az