Xırdalanda bıçaqlanan ata və oğlunun vəziyyəti açıqlanıb.
Abşeron Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, noyabrın 23-də saat 00:30 radələrində bıçaqlanma səbəbilə iki vətəndaş xəstəxanaya yerləşdirilib. Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərilib. 1967-ci il təvəllüdlü (kişi cinsli) pasiyentə sağ budun orta 1/3-nin deşilmiş, kəsilmiş yarası, 1995-ci il təvəllüdlü (kişi cinsli) pasiyentə sol kürək nahiyəsinin plevra boşluğunu dəlib keçən deşilmiş, kəsilmiş yara, pnevmotoraks diaqnozu qoyulub.
1967-ci il təvəllüdlü pasiyent ambulator müalicə üçün evə buraxılıb, 1995-ci il təvəllüdlü şəxs isə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
10:22
Xırdalan şəhərində ata və oğul bıçaqlanıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.