Aprelin 26-da Xırdalan şəhərində Bakı şəhər sakini Qurban Maqsudov idarə etdiyi “VAZ-2108” markalı avtomobillə yolu keçən həmyerliləri Bikə Mehdiyevanı və onun nəvəsi Orxan Mehdiyevi vurub.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, nəticədə piyadalar xəstəxanaya yerləşdirilib. O.Mehdiyev aprelin 30-da orada ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
www.oxu.az