Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Xızı sakinlərindən silah və narkotik aşkarlandı
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş Mehrab Həmidli saxlanılıb. Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Xızı RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.