Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov da həbs edilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə tiktoker "Xozeyn" Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, "TikTok" əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir saxlanıldı
- Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
- Siyəzən polisindən növbəti əməliyyat: Külli miqdarda narkotik vasitə aşkarlandı
- Masallı sakinindən 10 kiloqram narkotik vasitə aşkarlanıb
- Baş Narkotiklərlə Mübarizə İdarəsinin ƏMƏLİYYATI - İrandan göndərilən 32 kq narkotik aşkarlandı