Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

55 yaşlı qadın 32 il sonra ana oldu
Azərbaycanda 55 yaşlı qadının 32 il sonra övladı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.
Bildirilib ki, doğuş ötən il dekabrın 28-də qeydə alınıb. Masallı rayonundan olan qadın 32 il sonsuzluqdan sonra ekstrakorporal mayalanma hamiləlikdən paytaxtdakı özəl tibb müəssisələrinin birində qeysəriyyə əməliyyatı yolu ilə körpəsini dünyaya gətirib.
Çəkisi 2 kq 690 qram olan oğlan uşağı dekabrın 30-da tənəffüs pozğunluğu sindromu diaqnozu ilə ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzə təxliyə olunub.
Süni tənəffüs aparatına qoşulan körpənin tənəffüsü bərpa olunub və bu gün evə buraxılıb.
"Sumqayıt Tibb Mərkəzi" teqi üzrə xəbərlər
- Sumqayıtda reabilitasiya mərkəzində yanğın: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Gənc müğənni Aylanın qəzada beli sınıb - Vəziyyəti AĞIRDIR
- Sumqayıtda qəza: Xəsarət alan piyadaların son durumu AÇIQLANDI
- Sumqayıt Şəhər 4 nömrəli Xəstəxanaya baş həkim TƏYİNATI
- Dünən Bakı-Sumqayıt magistralında baş vermiş qəzada xəsarət alanların vəziyyəti açıqlanıb