Sumqayıt şəhəri və Abşeron rayonunda oğurluq edən üç nəfər saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində yerləşən ev və obyektdən oğurluq edilməsi, nəticədə zərərçəkənlərə 26 min manatdan artıq maddi ziyanın vurulması barədə polisə məlumatlar daxil olub.
Oğurluq etməkdə şübhəli bilinən - əvvəllər məhkum olunmuş 36 yaşlı E.Sefiyev, 28 yaşlı F.Əlizadə və 32 yaşlı N.Abdullazadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.