Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Los-Ancelesdə yanğınsöndürmə təyyarəsi dronla toqquşdu: Xilasetmə əməliyyatları dayandırıldı
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla toqquşub.
Oxu.Az-ın "The War Zone" istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Federal Aviasiya Agentliyi xəbər yayıb.
Bildirilir ki, "Canadair CL-415 Super Scooper" uğurla yerə enə bilsə də, böyük yanğında işləyən bütün xilasetmə aviasiyasının uçuşlarının dayandırılmasına səbəb olub. Yanğınsöndürənlər bu müddətdə yanğının daha sürətlə yayıla biləcəyindən narahatlıqlarını bildiriblər.
İki amfibiya təyyarəsindən biri olan "Super Scooper"in yaxın vaxtlarda yanğınsöndürmə üçün istifadə edilə bilməyəcəyi vurğulanıb.
Qeyd olunur ki, kvadrokopter yanğını havadan çəkən yerli fotoqraf tərəfindən idarə olunub. Yanğınla əlaqədar yanvarın 9-dan 23-dək Los-Anceles üzərində dron uçuşları məhdudlaşdırılıb. Qadağanın pozulmasına görə kvadrokopterin sahibinə bir ilədək həbs və 75 min dollar cərimə, üstəlik dəymiş ziyanın ödənilməsi cəzası verilə bilər.
Xatırladaq ki, meşə yanğınları yanvarın 7-də cənubi Kaliforniyada başlayıb. ABŞ Prezidenti Co Bayden ştatda fövqəladə vəziyyət rejimi elan edib. Los-Ancelesdə Hollivud yaxınlığındakı rayonların sakinlərinin təxliyəsi barədə əmr verilib. Son məlumatlara görə, yanğınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
"Kaliforniyada meşə yanğınları" teqi üzrə xəbərlər
- Los-Ancelesdə qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
- ABŞ-də alov apokalipsisi: Los-Ancelesin yanmış səhraya çevrilən elit rayonunun drondan görüntüsü
- Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu evakuasiya edilib
- Kaliforniyada yollar avtomobillərdən buldozerlərlə təmizləndi
- Kaliforniyada yanğınlardan dəyən iqtisadi zərər yüz milyard dolları aşır
Rəylər