Bu gün Sumqayıt şəhərində fəaliyyət göstərən 1 saylı xəstəxanada növbə üstündə mübahisə yaranıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.
Məlumata görə, hadisəyə xəstəxanada arayış almaq istəyən vətəndaşların yaratdığı növbə sıxlığı səbəb olub.
İddia olunur ki, bəzi vətəndaşların növbədə bir-birinin önünə keçməsi tərəflər arasında mübahisəyə, daha sonra isə davaya səbəb olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən (STM) bildirilib ki, mübahisə şəxsi münasibətlər zəminində yaranıb.
"Sosial şəbəkələrdə yayılan və STM-in 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində qeydə alınan görüntülərdə əks olunan mübahisə iki şəxs arasında şəxsi münasibətlər zəminində yaranıb. Qeyd edək ki, hadisə tibbi xidmətin təşkilinə təsir göstərməyib", - deyə məlumatda bildirilib.